23:54 / 20-05-2024
Masallı sakini güllələnib
Havanın temperaturu 7 dərəcəyədək enəcək - Xəbərdarlıq
Tarix: 24-08-2023 16:35 | Bölmə: Cəmiyyət
Havanın temperaturu 7 dərəcəyədək enəcək

Bakıda və Abşeron yarımadasında avqustun 25-i səhərdən 26-sı səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var.

Şimal-şərq küləyi arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enərək maksimal temperatur 27-30° isti olacaq.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 24-ü axşam şimal və qərb rayonlarından başlayaraq 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}