Astarada bir neçə körpünü sel aparıb, 40-a yaxın ailə köçürülüb - (Yenilənib) - Fotolar
Tarix: 18-09-2023 14:45 | Bölmə: Cəmiyyət
Astarada bir neçə körpünü sel aparıb, 40-a yaxın ailə köçürülüb - (Yenilənib)

Astarada Pensərçay daşıb, sel suları vətəndaşların həyətyanı sahələrinə dolub.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, ötən gecədən başlayan güclü yağış Astarada fəsadlar törədib.

Bir neçə kənddə körpüləri sel aparıb, gediş-gəliş çətinləşib. Sel suları əsasən rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərkivan kəndlərində vətəndaşların həyətyanı sahələrinə dolub. Meyvə bağlarına, təsərrüfatlara ciddi ziyan dəyib.

Hazırda bölgədə intensiv yağış davam edir.

***

Astarada Ərçivançayın daşması nəticəsində 200-ə yaxın evin həyətyanı sahəsinə sel suları dolub.

Reyting.az
-ın məlumatına görə, Astara Rayon İcra Hakimiyyətinin Ərçivan qəsəbə ərazi dairəsi üzrə nümayəndəsi Rüfət Əsədullayev bildirib ki, qəsəbənin Şəhid Baba Qasımov, Qurtuluş, Azadlıq, Sahib Kələntərov və Bəxtiyar Əliyev küçələri daha çox sel suları ilə dolub.

Bəzi yerlərdə suyun səviyyəsi 1,50 sm-ə kimi qalxıb. İlkin mərhələdə 170 ailəyə ziyan dəyməsi barədə İH-nə məlumat daxil olub.

40-a yaxın ailə FHN-nin xilasediciləri tərəfindən evlərindən köçürülüb. Hazırda görülən tədbirlər nəticəsində bəzi həyətlərdə suyun enməsi müşahidə olunur.










Bölməyə aid digər xəbərlər
16-05-2024, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}