Yeni icra başçısı kollektivə təqdim olunub
Tarix: 26-10-2023 13:16 | Bölmə: Cəmiyyət
Yeni icra başçısı kollektivə təqdim olunub

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev Samux Rayon İcra Hakimiyyətinin yeni başçısı Firdovsi Əliyevi kollektivə təqdim edib.

Reyting.az
xəbər verir ki, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Z.Nağdəliyev çıxış edərək dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

F.Əliyev ona göstərilən etimada görə minnətdarlıq edib.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 25-də Firdovsi Əliyevin Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, F.Əliyev 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib.

1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. 2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.

2004-cü ildən 2023-cü ilin mart ayına qədər ekologiya və təbii sərvətlər nazirinin müavini, daha sonra nazirin müşaviri vəzifəsində çalışıb.




Bölməyə aid digər xəbərlər
27-02-2024, 13:03 8 vəkil cəzalandırılıb

{sape_links}{sape_article}