Şəmkirdə 8 nəfər həbs edilib
Tarix: 26-10-2023 13:37 | Bölmə: Cəmiyyət
Şəmkirdə 8 nəfər həbs edilib

Şəmkir Rayon Polis Şöbəsi və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı apardıqları mübarizə çərçivəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlmaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şübhəli şəxslər ərazi üzrə polis orqanlarına gətirilib. Rayon sakinləri İsmət Rzayev, Rasim Hacıyev, Seymur Əsgərov, Röyal Nuruzadə, Namiq Fərhadov, Ozal Nağıyev, Teymuraz Musayev və Yaşar Aslanovun üzərlərinə baxış keçirilən zaman heroin, marixuana və digər narkotik vasitələr aşkar edilərək götürülüb.

Saxlanılan 8 nəfər barəsində cinayət işi başlanılıb, araşdırmalar və zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
8-05-2024, 12:52 Sabah yağış yağacaq

{sape_links}{sape_article}