Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
Tarix: 01-11-2023 10:03 | Bölmə: Cəmiyyət
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Reyting.az
xəbər verir ki, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında ədalət mühakiməsi və məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə qarşıda duran vəzifələri diqqətə çatdırıb və bu istiqamətdə görülmüş işlər barədə məlumat verib.

Sonra hakimlər tərəfindən təqdim olunmuş təkliflər müzakirəyə çıxarılıb.

İclasda məhkəmə fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə bağlı məruzələr dinlənilib, bir sıra hüquqi akt layihələrinə dair fikir mübadiləsi aparılıb, habelə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məsələlərinə baxılıb.

Daha sonra iclasda təqaüdə yola salınan hakim uzun illər məhkəmə sistemində öz fəaliyyətləri ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verdiklərinə görə fəxri fərmanlarla təltif edilib.




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:30 Sabah yağış yağacaq
23-07-2024, 12:27 Sabah yağış yağacaq

{sape_links}{sape_article}