Sabahın hava proqnozu açıqlanıb
Tarix: 17-01-2024 13:03 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

Yanvarın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Reyting.az
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə bəzi qərb rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacaq. Gecə və səhər dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}