12:45 / 23-04-2025
Sabah yağış yağacaq
Sərhədimizi pozmağa çalışan Pakistan vətəndaşları saxlanılıb
Tarix: 18-01-2024 14:35 | Bölmə: Cəmiyyət
Sərhədimizi pozmağa çalışan Pakistan vətəndaşları saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan vətəndaşları 1998-ci il təvəllüdlü Wali Noor Khan və 2001-ci il təvəllüdlü Wahab Abdul Tauzeel saxlanılıblar.

Reyting.az
DSX-yə istinadla xəbər verir ki, araşdırma əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:45 Sabah yağış yağacaq