18:09 / 11-04-2024
Bakıda qətl törədilib
Oğurluq avtomobilləri Azərbaycan və Gürcüstana göndərmək istəyənlər saxlanılıb
Tarix: 23-01-2024 00:27 | Bölmə: Cəmiyyət
Oğurluq avtomobilləri Azərbaycan və Gürcüstana göndərmək istəyənlər saxlanılıb

Kanadada oğurluq avtomobilləri Azərbaycan və Gürcüstana göndərmək istəyən qruplaşma üzvləri həbs edilib.

Bu barədə yerli polis bildirib.

Məlumata görə, Ontarionun Toronto şəhərində avtomobil oğurluğu ilə bağlı bir ay davam edən təhqiqatdan sonra 11 nəfərin 100-ə yaxın cinayətdə ittiham olunduğunu bildirib.

York Regional Polisi, son iki ay ərzində bir çox şəhərlərdə silsilə axtarışlardan sonra oğurlanmış 52 avtomobili tapdığını bildirib.

Müstəntiqlər bildiriblər ki, cinayətkar qrup bahalı avtomobilləri hədəf seçərək, nəqliyyat vasitələrini Azərbaycan və Gürcüstan kimi uzaq ölkələrə göndərməyi planlaşdırıb.

Şübhəli şəxlərə avtonəqliyyat vasitələrinin oğurlanması, cinayət yolu ilə əldə edilmiş əmlakın ticarəti də daxil olmaqla, ümumilikdə 96 ittiham irəli sürülüb(Report).




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq
6-04-2024, 12:39 Sabah yağış yağacaq
5-04-2024, 13:01 Sabah yağış yağacaq

{sape_links}{sape_article}