Sabahın hava proqnozu açıqlanıb
Tarix: 24-02-2024 12:18 | Bölmə: Cəmiyyət
Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var.

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-8° isti, dağlarda gecə 3-8°, yüksək dağlıq ərazilərdə 11-16° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}