Rey Kərimoğlu Bakı Reablitasiya Mərkəzinə yerləşdirilib
Tarix: 28-02-2024 17:33 | Bölmə: Cəmiyyət
Rey Kərimoğlu Bakı Reablitasiya Mərkəzinə yerləşdirilib

Yüksək təzyiqdən əziyyət çəkən tanınmış jurnalist və Qarabağ qazisi Rey Kərimoğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Reablitasiya Mərkəzinə yerləşdirilib.

Reyting.az
xəbər verir ki, bu barədə Rey Kərimoğlunun özü məlumat verib.

Qarabağ qazisi bildirib ki, o, bir müddət bu bərpa mərkəzində müalicəsini davam etdirəcək.

Xatırladaq ki, fevralın 22-dən yüksək təzyiq və burundan qan açılması ilə Xətai Tibb Mərkəzinə çatdırılan tanınmış jurnalist Rey Kərimoğlu fevralın 27-də həmin xəstəxanadan çıxıb.

Qeyd edək ki, Qarabağ qazisinin səhhəti hələ də normallaşmayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}