20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
“Boeing”i tənqid edən şəxsin meyiti tapılıb
Tarix: 13-03-2024 10:43 | Bölmə: Cəmiyyət
“Boeing”i tənqid edən şəxsin meyiti tapılıb

Amerikanın “Boeing” aviasiya şirkətində təhlükəsizlik problemlərini ifşa edən keçmiş əməkdaşı öz avtomobilində ölü tapılıb.

Reyting.az
xəbər verir ki, “Boeing”də 7 il keyfiyyətə nəzarət meneceri işləmiş 62 yaşlı Con Barnettin ölümü birmənalı qarşılanmır.

Xatırladaq ki, Barnetti iddia edirdi ki, şirkətin Cənubi Karolina ştatının Çarlston şəhərindəki fabrikində pis təcrübələr var və sürətli istehsal təzyiqi səbəbindən işçilər təyyarələrə standart olmayan hissələr quraşdırmaq məcburiyyətində qalırlar.

Barnettinin iddiaları 2017-ci ildə Federal Aviasiya Administrasiyası tərəfindən təsdiqlənib və “Boeing” islahedici tədbirlər görməyə məcbur olub.

Şirkətdə 32 il işlədikdən sonra təqaüdə çıxmış Barnetti daha sonra bildirmişdi ki, fabrikdə problemləri müəyyən etdiyi üçün alçaldılır və karyerasına əngəl törədilir. Hətta o, belə bir iddia ilə məhkəməyə müraciət etmişdi. Keçən həftə Çarlstonda iş üzrə dinləmələrdə iştirak edən Barnett şənbə günü öz vəkillərinin çarpaz dindirməsində iştirak etməyib.

Məhkəmə Tibb İnstitutu Barnettin otel dayanacağında pikapda ölü tapıldığını təsdiqləyib. Barnettin öz-özünü yaraladığı səbəbindən öldüyü iddia edilir. Onun ölümü “Boeing”in istehsal siyasətləri üçün ciddi araşdırmalarla üzləşdiyi bir vaxta təsadüf edir. Yanvarın əvvəlində “Boeing 737 Max”in təcili çıxış qapısı havaya qalxdıqdan az sonra partlayıb. Həftənin əvvəlində Avstraliyanın Sidney şəhərindən Yeni Zelandiyanın Oklend şəhərinə gedən LATAM Hava Yollarına məxsus “Boeing 787” Dreamliner təyyarəsində yaranan turbulentlik səbəbindən 12 nəfər xəstəxanaya yerləşdirilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər