“Yüksəliş” müsabiqəsinə 15 mindən çox şəxs qeydiyyatdan keçib
Tarix: 01-04-2024 14:29 | Bölmə: Cəmiyyət
“Yüksəliş” müsabiqəsinə 15 mindən çox şəxs qeydiyyatdan keçib

“Yüksəliş” müsabiqəsinin dördüncü mövsümü üçün qeydiyyat mərhələsi başa çatıb.

Reyting.az
xəbər verir ki, müsabiqənin bu mövsümü üçün 15 min 877 şəxs qeydiyyatdan keçib. Onlardan 11 min 423-ü kişi, 4454-ü isə qadındır.

Dördüncü müsabiqəyə qeydiyyat üçün müraciət edən 9278 namizəd öncəki müsabiqələrdə də iştirak edib.

Müraciət edənlər arasında 21-30 yaşda olan 5918 nəfər, 41-51 yaş aralığında isə 1831 nəfər namizəd yer alır. Namizədlərdən 21 yaşı olan iştirakçı sayı 52, 51 yaşında isə 22 nəfər təşkil edir.

Nəticələrə əsasən iştirakçıların 8961 nəfəri dövlət, 6665 nəfəri özəl, 204 nəfəri qeyri-hökumət, 148 nəfəri isə beynəlxalq təşkilatların əməkdaşlarıdır.




Bölməyə aid digər xəbərlər
24-05-2024, 12:54 MEDİA müsabiqə elan edib
24-05-2024, 12:26 Sabah yağış yağacaq

{sape_links}{sape_article}