Keçmiş prezidentin arvadı sürücülük hüququndan məhrum edildi
Tarix: 23-11-2018 10:45 | Bölmə: Cəmiyyət
Keçmiş prezidentin arvadı sürücülük hüququndan məhrum edildi

Almaniyanın keçmiş prezidenti Kristian Vulfun həyat yoldaşı Bettina içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün sürücülük vəsiqəsindən məhrum olunub.

Reyting.az bildirir ki, məlumata görə, ölkənin keçmiş birinci ledisi bu ilin sentyabr ayında Cənubi Saksoniyada qəzaya düşüb.

Bettina Vulf avtomobili ağaca çırpılandan sonra hadisə yerinə gələn yol polisi sürücünün içkili olduğunu müəyyənləşdirib.

Nəticədə keçmiş birinci ledi 11 ay sürücülük hüququndan məhrum olunub və iri məbləğdə pul cəriməsi ödəməlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-02-2024, 13:03 8 vəkil cəzalandırılıb

{sape_links}{sape_article}