COP29 könüllüləri üçün qeydiyyat başlayıb
Tarix: 29-05-2024 11:27 | Bölmə: Cəmiyyət
COP29 könüllüləri üçün qeydiyyat başlayıb

Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üçün könüllülük proqramı istifadəyə verilib.

Məlumata görə, proqram çərçivəsində "volunteers.cop29.az" onlayn qeydiyyat platforması aktivləşdirilib.

COP-un könüllüsü olmaq üçün potensial namizədlər əvvəlcə müraciət portalında qeyd edilən tələblərə uyğun qiymətləndirilərək seçimlərə qatılacaqlar. Uğur qazanan namizədlər bacarıq və səriştələrinin artırılması, həmçinin rol təlimlərinə cəlb olunacaqlar.




Bölməyə aid digər xəbərlər
16-04-2025, 13:01 Sabah yağış yağacaq