Xaricdə üç ixtisas üzrə təhsil alan 240 nəfər peşə tanınması imtahanından kəsilib
Tarix: 31-05-2024 10:15 | Bölmə: Cəmiyyət
Xaricdə üç ixtisas üzrə təhsil alan 240 nəfər peşə tanınması imtahanından kəsilib

Xarici universitetlərdə müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə təhsil almış 240 nəfər peşə tanınması üzrə imtahandan keçə bilməyib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Reyting.az-a bildirilib ki, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları (68 ixtisas) üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası TKTA ilə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir.

Bildiririlir ki, 4 may 2024-cü il tarixində saat 10:00-da DİM tərəfindən kompüter vasitəsilə keçirilmiş imtahanda iştirak etmək üçün 466 nəfər namizəd qeydiyyatdan keçib, bunlardan 426 nəfəri imtahanda iştirak edib. 23 ixtisas üzrə müvəffəqiyyət göstəricisinin 44,3 faiz təşkil etdiyi bildirilir.




Bölməyə aid digər xəbərlər