Astarada təhlükəli vəziyyət yaranıb - Fotolar
Tarix: 31-05-2024 13:36 | Bölmə: Cəmiyyət
Astarada təhlükəli vəziyyət yaranıb

Son zamanlar Azərbaycanın cənub bölgəsində normadan artıq yağışların yağması, Astara rayonundakı sürüşmə zonalarını aktivləşdirib. Rayonun Şiyəkəran kəndində, “Məscid məhəllə” deyilən ərazidə baş verən torpaq sürüşməsi nəticəsində bir neçə ev üçün təhlükəli vəziyyət yaranıb.

Reyting.az
-ın APA-ya istinadla verdiyi məlumata görə, sakinlər deyiblər ki, 3-5 metr cərgədə əkilən sitrus və digər meyvə ağaclar, torpaq sürüşməsi ilə birlikdə çaya tökülüb.

Sakinlər qeyd ediblər ki, əvvəllər sürüşmənin qarşısını almaq üçün çay ətrafında, yamaclarda ağaclar əkiblər. Lakin güclü sel həmin ağacları kökündən qopararaq aparıb.

Artıq aidiyyəti orqanların nümayəndələri əraziyə baxış keçiriblər. Astara suvarma sistemləri idarəsinin baş mühəndisi Fərid Yusubov bildirib ki, ötən il həmin ərazidə görülən işlər nəticəsində sürüşmənin qarşısını müəyyən qədər almaq olub. Yaxın günlərdə həmin istiqamətdə işlər davam etdiriləcək: “Sözügedən əraziyə Azərbaycan Su Ehtiyatları Agentliyinin və layihə institutunun nümayəndələri baxış keçirib. İlkin olaraq, şəkillər və koordinatlar götürülüb. Layihə smeta sənədlərinin hazırlanması işləri davam etdirilir. Yaxın gələcəkdə həmin ərazidə sahil mühafizə bəndlərinin tikintisi həyata keçiriləcək. Ümumiyyətlə, 650 paqonametr sahil mühafizə bəndlərinin tikintisi planlaşdırılıb".






Bölməyə aid digər xəbərlər