20:11 / 23-11-2024
Kiyevə nüvə silahının verilməsi müzakirə olunur
20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
19:22 / 23-11-2024
Məşhur idmançı 250 min avro cərimələnib - Foto
18:55 / 23-11-2024
Qəzzaya son hücumlarda 120 fələstinli öldürülüb
18:48 / 23-11-2024
NATO-nun baş katibi Trampla danışıqlar aparıb
18:40 / 23-11-2024
Avropa enerji böhranı ilə üz-üzədir
18:08 / 23-11-2024
Novella Cəfəroğlu: "İndi normal pensiya alıram, məbləği açıqlamaq istəmirəm"
17:57 / 23-11-2024
Prezident Su Təchizatı Xidmətinin fəaliyyət sahəsini genişləndirib
17:50 / 23-11-2024
“Azərenerji” və “Azərişıq”a yeni səlahiyyət verilib - Fərman
17:25 / 23-11-2024
Müğənni Nadir Qafarzadə: "Torpaq alıb neyləyəcəm ki?!"
17:04 / 23-11-2024
1-ci siniflərin yerdəyişmə prosesinə start verilir
16:47 / 23-11-2024
Keçmiş icra başçısı vəfat edib
16:39 / 23-11-2024
Agentlik sədrinin birinci müavini təyin olunan Xəyyam Məmmədov kimdir?
16:11 / 23-11-2024
Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
16:05 / 23-11-2024
Prezident bir qrup şəxsi təltif edib - Siyahı
16:02 / 23-11-2024
Milli Müdafiə Universiteti ilə bağlı daha bir qərar imzalanıb
15:57 / 23-11-2024
Türkiyədə 3 ton saxta spirtli içki ələ keçirilib
15:45 / 23-11-2024
Nazirlər Kabineti daha bir qərar verib
15:28 / 23-11-2024
Agentlik sədrinə yeni müavinlər təyin olunub - Sərəncam
15:08 / 23-11-2024
Temperatur düşəcək, leysan yağacaq - Xəbərdarlıq
14:31 / 23-11-2024
Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib
13:28 / 23-11-2024
COP29 zolaqlarında yol nişanları sökülür
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
12:10 / 23-11-2024
Sabahın hava proqnozu açıqlanıb
12:01 / 23-11-2024
"Sektorlar üzrə strateji planların hazırlanması Qaydası” təsdiqlənib
11:56 / 23-11-2024
Azərbaycanda saxlanılan rəis müavini həbsdən buraxılıb - 200 milyon ödəyib
11:29 / 23-11-2024
Milli Məclisin bəzi deputatlarına mənzil verilib
11:05 / 23-11-2024
Ceyms Bondun ifaçısı bu dəfə "Serjant Rok"-da oynayacaq
11:03 / 23-11-2024
Türkiyədə 70 kq qızılla tutulan azərbaycanlı diplomatdır? - (Yenilənib)
12:05 / 19-11-2024
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - Fotolar
13:32 / 21-11-2024
Dünyanın ən güclü donanmaları... - Qardaş Türkiyə siyahıda neçəncidir?
19:50 / 19-11-2024
Beynəlxalq Bank 272 min manat cərimələnib
16:45 / 20-11-2024
Nazir: "Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq"
16:22 / 20-11-2024
“Real Betis” klubunun nümayəndəsi Bakıda nəyə təəccüblənib? - Foto
16:45 / 21-11-2024
Prezident iki Mərkəzi ləğv edib - Sərəncam
09:37 / 21-11-2024
Naxçıvan səhiyyəsində həbslər başlayıb
00:07 / 22-11-2024
Hikmət Hacıyev: “Politico”nun üzr istəməsini tələb edirik!”
10:03 / 20-11-2024
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
00:45 / 22-11-2024
Məşhur yazıçının yeni romanı nəşr edilib - Foto
11:03 / 23-11-2024
Türkiyədə 70 kq qızılla tutulan azərbaycanlı diplomatdır? - (Yenilənib)
Bir mərd dəyərlidir qorxaq yüzündən - Xuraman Zakirqızı yazır
Tarix: 31-05-2024 15:57 | Bölmə: Cəmiyyət
Xuraman ZAKİRQIZI
Vətən müharibəsi qazisi Nasur Əjdər oğlu Məmmədov haqqında
Bir insanın əməli ilə dedikləri uyğun deyilsə, belə insanın qəhrəmanlığı da, şücaəti də şübhə doğurur, ya təsadüfən baş verib, ya da kimlərinsə sayəsində yaranıb, şişirdilib bu qəhrəmanlıq. Çünki yalnız mənən qüdrətli, imanlı insanlar qəhrəmanlıq xüsusiyyətlərinin daşıyıcısı ola bilər. Mənəviyyatsız, qorxaq adam döyüş meydanında necə şücaət göstərə bilər?! Məncə, bu mümkün deyil.
Bütün şüurlu həyatım boyu oxuduqlarımdan, araşdırmalarımdan da buna tam əmin olmuşam ki, ruhən güclü, dürüst, xeyirxah adamlar mərd olur. Mərd insanların da həmişə sözü ilə əməli uyğun olur. Elə yazımın qəhrəmanı Vətən müharibəsi qazisi Məmmədov Nasur Əjdər oğlu kimi. Nasur bəy əslən İsmayıllı rayonunun Lahıc qəsəbəsindəndir. Onunla tanışlığım sosial şəbəkələr vasitəsi ilə olub. Erməni daşnaklarının başlatdığı işğalçılıq müharibəsinə qarşı əməliyyatlarda iştirak etmək üçün könüllü qoşulanlardan olduğunu bildirdi Nasur bəy. Döyüşlərdə çox ağır yaralar alsa da, özünün dediyi kimi, göydə Allahın qisməti, yerdə bacarıqlı, vicdanlı həkimlərin və özünün fiziki gücü sayəsində həyatda qala bilib. Amma çox ağrılı məsələdir ki, qazimizin yaraları hələ də irinləyir və heç bir əlaqədar dövlət qurumu onun müalicəsi ilə maraqlanmır, tamamilə Allahın ümidinə və öz iradəsi hesabına yaşayır bu məğrur insan. Keçdiyi döyüş yolu haqqında qazimizin dediklərini qələmə alıram:
“Mən, Nasur Məmmədov 26 yanvar 1970-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində öz halallığı, zəhmətsevərliyi ilə tanınan Əjdər kişinin ailəsində dünyaya göz açmışam. Ailədə beş övlad olmuşuq – üç bacım, bir qardaşım var. Atam elektrik montyoru, anam evdar qadın olub.
Doğulduğum Lahıc qəsəbəsində tam orta təhsil almışam. 1988-ci ildə hərbi xidmətə çağırıldım. O zamanlar sovet ordusu Əfqanıstanda döyüşlərdə iştirak edirdi. Ordu rəhbərliyi xidmətə yeni başlamış əsgərlərdən Əfqanıstana göndərilmək üçün fiziki görkəmi uyğun gələnlərdən seçib Moskva yaxınlığında - Podolsk şəhərində altı aylıq yüksək hərbi təlim vermək məqsədilə ayrılan qrupa məni də daxil etmişdi. 1988-ci ilin dekabr ayında sovet ordusu Əfqanıstandan çıxarıldı və bizim təlim kursumuz bitəndən sonra hər kəsi əsgəri xidmətini davam etdirmək üçün öz hərbi hissəsinə qaytardılar, o cümlədən, məni də hərbi xidmətimi davam etdirmək üçün Uzaq Şərqə - Primorskdə hərbi hissəyə göndərdilər. 1990-cı ildə hərbi xidmətimi başa vurub sovet ordusundan tərxis olundum və öz doğma kəndimizə qayıtdım.
1992-ci ildə torpaqlarımızda erməni təcavüzkarlarına qarşı güclü müharibə gedirdi. Bu səbəbdən də həmin ilin dekabr ayında rayonumuzun Hərbi Komissarlığına gedib milli ordumuzun sıralarında düşmənə qarşı döyüşmək üçün müraciət etdim və mən 123 saylı Mingəçevir Qurtuluş Batalyonunda hərbi xidmətə başladım. 7-8 gün təlimlər keçəndən sonra biz hərbi əməliyyatlarda iştirak etmək üçün Ağdərə istiqamətində döyüşlərə göndərildik. O zaman Ağdərə rayonu bizim ordumuzun nəzarətində idi, yəni, işğal olunmamışdı. Hərbi komandirimiz bərdəli Eyvaz Əliyev idi.
Məqsədimiz əsasən Ağdərənin azərbaycanlılar yaşayan kəndlərinin əhalisini ermənilərin hücumlarından qorumaq idi. Bir çox kəndlərdə döyüş əməliyyatlarında iştirak etdik. Bu kəndlər Sərsəng su anbarının quzey istiqamətində olan ərazilərdi. Bütün batalyon həmin kəndlərin ərazisini gəzib nəzarət edirdi ki, düşmənin kəndlərə qəfil basqınlarının qarşısı vaxtında alınsın. 1993-cü ilin yanvar ayının 16-da Vaqauz və Dovşanlı kəndləri istiqamətində hücuma keçdik. Həmin yerdə düşmənin basqınları nəticəsində dəhşətli hadisələr baş vermişdi. Kəndi qoruyan uşaqlardan çoxu şəhid olmuşdu. Faşist təbiətli ermənilər on dörd şəhidimizin başını kəsib aparmışdılar.
Vəng kəndində ermənilərin bir kilsəsi vardı. Dovşanlı kəndindən həmin kilsəyə gedən istiqamətdə ağır döyüşlər gedirdi. Döyüşün çox qızğın vaxtında qarın hissəmdən ard-arda iki güllə yarası aldım. Hiss edirdim ki, belə vəziyyətdə irəli gedə bilməyəcəm. Odur ki, çalışdım geriyə sürünüb, döyüş mövqeyindən bir qədər aralana bilim. Düşmən tərəf aramsız güllə yağışına tutmuşdu bizi. Sürünə-sürünə geri qayıtmağa çalışdım. Süründüyüm zaman güllə ayaqlarımı tutdu. Dizdən aşağı iki yerdən sağ ayağım qırıldı. Sonra güllə qolumu tutdu, sağ qolum da qırıldı, amma mən avtomatı buraxmırdım, sürünürdüm. Sonra sol baldırımdan da iki güllə yarası aldım. Bütün yaralarıma rəğmən mən çalışırdım şok vəziyyətinə düşməyim. Fiziki gücüm hesabına sürünüb döyüş yerindən uzaqlaşmağa cəhd edirdim. Sanitarlar olan hissəyə çatdıra bildim özümü. Tibb bacısı bütün paltarlarımı qayçı ilə kəsib çıxardı və mənim yaralarımı təmizləyib sarıdı, orda olan döyüş yoldaşlarım yaralarımın ağır və çox olduğunu görüb üzülürdülər, bizim kənddən olan Orucəliyev Əziz vardı (indi rəhmətə gedib), hiss edirdim, ağlayırdı mənə görə, amma mən sevinirdim ki, güllə yağışının altından çıxmağa iradəm, gücüm yetərli oldu. Döyüş yoldaşlarım məni xərəkdə gölün yanında olan tibb məntəqəsinə çatdırdılar. Orda tibb işçiləri qanlı sarğılarımı yenidən dəyişdirdilər və məni UAZ maşını ilə Ağdərə şəhərinə gətirdilər. Orda həkimlər məni əməliyyata götürdülər. 5,45 mm ölçülü güllə baldırlarımı parçalayıb cırmış, 7,62 mm kalibrli güllələr isə ayaq sümüklərimi, oynaqlarımı qırmışdı. Qırılmış sümüklərimin gipsindən sonra yenidən qarın nahiyəmdən aldığım güllə yaralarına görə həmin xəstəxanada işləyən Andrey Pankrotoviç adlı rus həkimi mənim üzərimdə tibdə xüsusi əməliyyat sayılan “Qatman əməliyyatı” apardı, bağırsaqlarımı qarın boşluğundan çıxarıb əməliyyat etdi. İki gün Ağdərədə reanimasiyada qaldıqdan sonra ayın 18-də vertolyotla Bakı şəhərinə Mərkəzi Hərbi Hospitala gətirdilər məni. Həmin hospitalda məni əməliyyat edən həkimlərə böyük təşəkkürüm, ehtiramım olduğu üçün hələ də adlarını xatırlayıram. Yusifov Cümşüd cərrah, Ələkbərov Ümidvar həkim, Qurbanov Əliməhəmməd həkim. Onlara bir ömür boyu duam, minnətdarlığım var.
Mənim yaralandığım barədə evimizə məlumat çatanda atam (indi rəhmətə gedib) bütün Ağdərə boyu məni axtarıb və gəlib hərbi hospitalda tapdı. Yadımdadır, atam ağlayırdı, mən ona təsəlli verirdim ki, qorxulu bir şey yoxdur, sağalacam. Tam sağalmasam da, ayağa qalxandan sonra həmin güllə yaralarının fəsadı olaraq ağır xəstəlik keçirdim, şükürlər olsun, o xəstəlikdən də qurtula bildim. Ayaqlarımı “Yelizarov” aparatı ilə yığdılar, bir sözlə, yaşadım. 1993-cü ilin noyabr ayında təzədən əməliyyata girdim. Bir ay ərzində iki dəfə əməliyyat olundum. Bağırsaqlarımı təzədən qarın nayihəsinə bərpa etdilər. Sümüklərimdən irin axmağa başladı, əməliyyatla irin qaşındı, amma heç faydası olmadı, dizdən aşağı qırılmış sümüklərimdən indi də irin axır.
1993-cü ilin iyun ayında mənə birinci dərəcəli əlillik statusu verildi. Düzdür yaşayıram, həyatdayam, amma çox böyük məhrumiyyətlərə dözməli olmuşam.
Əlli beş yaşın içindəyəm. Övladlarımın ali təhsil almasına nail ola bilmişəm, şükürlər olsun. Dörd övladım olmasına baxmayaraq dövlət məni ikiotaqlı mənzillə təmin edib. Həmin mənzilin bütün sanitar qovşağının yaradılmasını, təmirini öz maddi vəsaitim hesabına etmişəm. Bir neçə dəfə mənzil təminatımın yaxşılaşdırılması üçün Prezident Aparatına, Sosial Təminat Nazirliyinə müraciət etsəm də, nəinki faydası olmadı, əksinə, kəndimizin icra nümayəndəsi anamı qorxuzmuşdu ki, oğlun heç yerə müraciət etməsin, yoxsa onu həbs edəcəklər. Halbuki, o zamanlar mənim heç bir siyasi fəaliyyətim yox idi. Anam qorxu nəticəsində sarsıntı keçirdi və rəhmətə getdi.
Onu da demək istəyirəm ki, torpaqlarımız uğrunda, vətənin ərazi bütövlüyü uğrunda 22 yaşımdan əlil oldum, sağlamlığımın böyük hissəsini itirməyimə baxmayaraq indiyə kimi bir əlaqədar təşkilat mənimlə, səhhətimlə maraqlanmayıb, müalicəm üçün təşəbbüs göstərməyib. Nə bir mükafat, nə bir təlfif olunma görmədim. Yəni insan həyatı, döyüşçü əməyi bu qədər dəyərsizmiş?! Doğrudur nə mən, nə də heç bir qeyrətli vətən övladı orden, medal, təltif üçün cəbhəyə getməyib, düşmənlə canı, qanı bahasına döyüşməyib. Bizi ön cəbhəyə vətən, torpaq məhəbbəti, vətəndaşlıq təəssübkeşliyi, damarımızdan axan Azərbaycan kişisinə məxsus qeyrət hissi aparmışdı. Düşmənin qarşısını aldığımız zaman nə öz həyatımızı, nə də hər hansı mükafatı düşünürdük, heç ağlımıza da gətirmirdik. Amma indi müharibə bitib, torpaqlarımız işğaldan azad olunub. Döyüşçülər, qazilər arasında fərq qoyulması istər-istəməz inciklik yaradır insanda”.
Qazimizi dinlədikcə, yaralarının rəsminə baxınca insan həm qürur, minnətdarlıq hissi duyur, həm də ürək ağrısı keçirir ki, axı onlar dünyada ən qiymətli can sağlığını vətən, torpaq, dövlətimiz üçün fəda edib. Dövlətimizin, xalqımızın da onların qarşısında vəfa borcu var. Əlbəttə ən yaxşı müalicəni, təminatı, dəyəri haqq edir belə qeyrətli, mərd vətən qaziləri.
Böyük İmadəddin Nəsimi necə də yerində deyirdi:
Zahidin bir barmağın kəssən dönüb Həqqdən qaçar,
Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz.
Cəhli-namərdin qaçan meydan günündə yeri var,
Ər bilir meydan qədrin kim, qədirlər ağrımaz.
Çox düşündürücüdür. Görəsən indi səlahiyyət sahibi olanlardan birinin özü və ya yaxını Nasur bəy kimi yaralarından hələ də çirk axan, ağrılarla baş-başa qalan başqa qazilərimiz kimi öz sağlamlığını, gəncliyini vətənin azadlığı, ərazi bütövlüyü yolunda fəda etmiş olsaydılar, bu qədər biganəliyə, laqeydliyə səssiz qalardımı?! Dövlətdən nələr tələb edərdilər, Allah bilir! Axı fərqi nədir? Biz hamımız insanıq. Ağrıları hamımız eyni hissiyyatla duyuruq. Vətəndaşın, vətəni üçün can qoyan insanın dəyəri onun hansısa səlahiyyət sahibinə yaxın olması ilə ölçülməli deyil axı?!
Yuxarıda qeyd etdiyim kimi, əməli ilə sözü eyni olanlardır qəhrəman. Tribunalardan vətən, vətən, - deməklə qəhrəman olmur insan. Xalqın gözü tərəzidir. Kimin kim olduğu çox aydın görünür.
Əziz, dəyərli qazilərimiz, bu xalq sizi çox sevir, dəyərləndirir, əlimizdə heç bir səlahiyyətimiz olmasa da...
Dözüb hər cəfaya sinə gərənlər,
Xalqına kişilik sözü verənlər,
Elin ümid yeri mərdlər, ərənlər;
Qorxmaz cəngilərdən, qaçmaz sözündən,
Bir mərd dəyərlidi qorxaq yüzündən!
Vətənçün canından keçən oğullar,
Döyüşmək yolunu seçən oğullar,
Şərəf, qeyrət andı içən oğullar
Hər biri bir qoşun gücdə, əzmdə,
Bir mərd dəyərlidi qorxaq yüzündən!
Vətən, xalq sizinlə fəxr edir, qəhrəman Şəhidlərimiz, Qazilərimiz! Vətəni vətən edən sizin qeyrətiniz, fədakarlığınız, igidliyiniz olub, olacaq! Atalarımız nahaq yerə mərd oğula düşmən çəpəri deməyib! Çəpərimiz möhkəm olsun, inşallah!
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:04
1-ci siniflərin yerdəyişmə prosesinə start verilir
Bu gün, 16:47
Keçmiş icra başçısı vəfat edib
Bu gün, 15:08
Temperatur düşəcək, leysan yağacaq - Xəbərdarlıq
Bu gün, 13:28
COP29 zolaqlarında yol nişanları sökülür
Bu gün, 12:10
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 18:23
Ölmüş şəxsin gözü oğurlanıb
Dünən, 14:59
Arvadını öldürən vəzifəli şəxsə bir il cəza verilib
Dünən, 12:47
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 11:45
Polkovnikin oğlu ev dustaqlığına buraxılıb
Dünən, 09:46
İcra başçısının birinci müavini məhkəmədə uduzub
21-11-2024, 16:00
Gömrük orqanlarına qəbul imtahanı keçiriləcək
21-11-2024, 12:24
Sabah hava necə olacaq? - Proqnoz
21-11-2024, 11:15
Bakıda daha 46 marşrutun fəaliyyəti bərpa olunur
21-11-2024, 09:26
Mask Trampın dəstəyi ilə almanlara meydan oxuyur
20-11-2024, 23:46
"Nazir məni kasıblara kömək üçün göndərib" deyən şəxsə hökm oxunub
20-11-2024, 21:34
Səudiyyə Ərəbistanında 100-dən çox əcnəbini edam ediblər
20-11-2024, 18:00
İTV-yə xəbərdarlıq olunub
20-11-2024, 17:34
Daha 20 min müəllim sertifikatlaşdırmaya cəlb olunacaq
20-11-2024, 15:26
Deputat Elm və Təhsil fondlarının birləşdirilməsini təklif edib
20-11-2024, 15:23
Xəzəryanı ölkələrin ekoloji təşkilatları memorandum imzalayıb
20-11-2024, 13:02
Biləsuvar sakini dəm qazından boğularaq ölüb
20-11-2024, 12:19
Sabah hava necə olacaq? - Proqnoz
20-11-2024, 11:57
PA rəmisi: "COP29-da iştirak etmək böyük şərəfdir, çünki..."
20-11-2024, 11:38
Hərbi xidmətdən yayınan daha bir gənc həbs edilib
20-11-2024, 11:02
Tramp türk həkimə yüksək vəzifə təklif edib
20-11-2024, 10:03
Azərbaycan və Türkiyənin bələdiyyə təşkilatları arasında görüş keçirilib - Fotolar
19-11-2024, 21:26
50-yə yaxın saxta plastik cərrahın siyahısını paylaşan jurnalistin hesabı bloklanıb
19-11-2024, 13:28
Norveç şahzadəsinin oğlu zorlamaya görə həbs edilib
19-11-2024, 12:53
Sabah yağış yağacaq
19-11-2024, 11:09
Ağcabədidə qanunsuz ov edən şəxslər saxlanılıb
19-11-2024, 10:42
Milli Məclisin baş məsləhətçisi qəfil ölüb
19-11-2024, 10:19
Azərbaycanda İran vətəndaşı itkin düşüb
19-11-2024, 09:50
67 yaşlı kişi dəm qazından boğulub
19-11-2024, 09:02
Mask Sorosun yeni pandemiya ilə bağlı qorxulu proqnozunu ələ salıb
18-11-2024, 23:44
Bakıdan Neftçalaya qonaq gələn uşaq suda boğulub
18-11-2024, 15:06
Qarajda gizlətdiyi raketi çıxararaq insanlara tuşlayıb - Video
18-11-2024, 12:54
Sabah yağış yağacaq
18-11-2024, 11:35
Qarabağda daha 972.6 hektar ərazi minalardan təmizlənib
18-11-2024, 10:21
Daha altı marşrut xəttinin fəaliyyəti bərpa olunub
18-11-2024, 09:32
KTMT qeyri-leqal miqrasiyaya qarşı mübarizə aparacaq
16-11-2024, 15:34
Qubadlıda fəhlə iş başında yıxılaraq ölüb
16-11-2024, 12:41
Sabah dağlıq ərazilərə qar yağacaq
16-11-2024, 12:39
Kolleclərə yeni təyinatlar olub