17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
14:45 / 12-09-2025
Daha bir şəhidimiz Qubada torpağa tapşırılıb
14:35 / 12-09-2025
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
14:18 / 12-09-2025
Gəncədə evdə partlayış olub, xəsarət alan var
13:34 / 12-09-2025
Deputat: "Ətin qiyməti yüksəkdir"
13:13 / 12-09-2025
Şəhidimiz Göyçayda dəfn olunub - Yenilənib
12:53 / 12-09-2025
Sabah yağış yağacaq
12:46 / 12-09-2025
Laçında söyüş söyən vəzifəli şəxslər həbs olunub
12:38 / 12-09-2025
"Avroviziya"da iştirak üçün yeni şərt qoyublar
12:30 / 12-09-2025
Xalq artistinin səhhəti barədə açıqlama yayılıb
12:05 / 12-09-2025
“Rabitəbank" keşbeki azaldıb
12:00 / 12-09-2025
Ekspert naziri debata çağırıb
11:40 / 12-09-2025
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
11:19 / 12-09-2025
Nazirlik yoxlamalarla bağlı açıqlama yayıb
11:16 / 12-09-2025
Bakıda güclü külək ağacı yola aşırıb
11:13 / 12-09-2025
İsrailin müdafiə nazirinə Türkiyədən şok videozəng gəlib
11:06 / 12-09-2025
NATO Polşaya soxulan rus PUA-larını vura bilməyib
10:53 / 12-09-2025
Azərbaycanda əhalinin sayı açıqlanıb
10:51 / 12-09-2025
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
10:50 / 12-09-2025
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
09:10 / 09-09-2025

18:05 / 07-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

15:20 / 08-09-2025

00:57 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

00:04 / 08-09-2025

11:09 / 08-09-2025

Naməlum obyektlər Çinin kosmik gəmisini mühasirəyə alıb - Fotolar
Tarix: 03-06-2024 07:25 | Bölmə: Cəmiyyət

Yeddi naməlum obyekt Çinin kosmik gəmisini mühasirəyə alıb. "Şenlonq" adlı kosmik təyyarənin uçuşu zamanı belə bir hadisənin baş verməsi ilk dəfə deyil.
Reyting.az-ın məlumatına görə, mütəxəssislər deyiblər ki, söhbət təkrar olunan qəribə hadisədən gedir və bunun nə olduğunu heç kim dəqiq bilmir.
Məlumata görə, baş vermiş hadisə ilə bağlı kosmik gəmidə təsvirlər olsa da, bunun nə olduğu tam müəyyən edilməyib. Missiyanın məqsədi heç də onun tamamilə təsnif edildiyini söyləmək deyil, lakin bu naməlum avtomobilin, yaxud da gəminin dizaynı barədə əhatəli təfərrüat verilmir.
Çin tərəfindən görüntüsü yayılan naməlum obyekt yadplanetli gəmisinə də, ABŞ-nın Hərbi Hava Qüvvələrinin və yaxud da kosmik qüvvələrinin xidmətindəki kosmik gəmiyə də bənzəyir. Xüsusən də ABŞ-nın "X-37 B" orbital təyyarəsi kimi tanınmış kosmik gəmiyə oxşarlığı var.
ABŞ-nın kosmik qüvvələrinə məxsus olan "X-37 B" pilotsuz orbital kəşfiyyat gəmisi ilə təəccüblü dərəcədə oxşarlığı olan bu kosmik təyyarənin yadplanetli gəmisi və yaxud da idarəedilməz naməlum obyekt olub-olmadığı hələ ki, Çin üçün qeyri-müəyyəndir. Buna görə də "Şenlonq" (Çin dilində "İlahi Əjdaha") ilə bağlı çox şübhələr var.
Kosmik gəmini izləyən naməlum obyektin yadplanetlilərin gəmisinə də bənzədiyi deyilir.
Xatırladaq ki, "Şenlonq" kosmik təyyarəsi ilk dəfə 2020-ci ildə kosmosa uçuş həyata keçirib və tam iki gün orbitdə qalıb. Bu müddət ərzində onun yaxınlığında şərti olaraq "Obyekt A" adlanan naməlum kiçik ölçülü obyekt aşkar edilib. Ancaq bir neçə gün sonra kosmik gəmi yerə qayıdanda radio həvəskarları bu sirli "A"-nın ötürdüyü hər bir siqnalı tuta biliblər və məlum olub ki, siqnallar müntəzəm olaraq sönür. Bundan sonra belə qənaətə gəliblər ki, naməlum obyekt və yaxud da kosmik təyyarə öz oxu ətrafında fırlanan müasir texnologiyaya malik bir maşındır.
İki il ötəndən sonra isə, yəni 2022-ci ilin avqust ayında "Şenlonq" bu dəfə 276 gün dövrə vurmaq şərti ilə yenidən kosmosa çıxıb. Həmin müddət ərzində daha da maraqlı detallar üzə çıxıb. Məlum olub ki, Çinin bu kosmik gəmisi Amerikanın hərbi təyinatlı "NRO L-76" texnikası ilə təxminən eyni gündə, eyni orbital təyyarəyə daxil olub.
İkinci maraqlı məqam ondan ibarətdir ki, Çin gəmisinin yanında növbəti dəfə yenə də naməlum bir obyekt görünüb. Çinlilər buna əsasən bildirirlər ki, onu fəzaya da kosmik gəmi buraxıb.
O vaxt bu barədə yerli Çin nəşrlərindən biri yazmışdı: "Hələ də böyük şübhə mövcuddur. Üstəlik, bu naməlum obyektin öz mühərrikləri olub, həmçinin çox manevrli yeni təyyarə təsiri bağışlayıb. Hətta həvəskarlar kimi tanınan və qəbul edilən astronomlar belə bu sirli obyektin, yaxud kosmik gəminin bir-birinə necə yaxınlaşdığını, həmçinin müəyyən müddətdən sonra ayrıldıqlarını da müşahidə ediblər".
Hazırda "Şenlonq" kosmik təyyarəsi artıq üçüncü uçuşunu həyata keçirir. Ona tapşırılan işləri uğurla həyata keçirən Çin təyyarəsi 2023-cü ilin 14 dekabrında kosmosa buraxılıb, bir neçə gün ərzində isə ondan ayrılan altı obyekt qeyd edilib. Ancaq yenə davamlı şəkildə bəzilərindən siqnallar gəməkdədir, lakin siqnalların və obyektlərin davranışı tamamilə fərqlidir. Çinli mütəxəssislər deyirlər ki, onlardan biri demək olar, çox mükəmməl dairəvi orbitə malikdir və o, dəlillərə görə, Çinin kosmos təyyarəsinin keçmiş missiyaları zamanında ələ keçirilən siqnallarla eyni xüsusiyyətlərə malik siqnallar yayır. “Lakin digər ikisi çox uzanmış orbitləri tutur və onların siqnalları sanki yöndəmsiz, hətta uyğunsuz təsir bağışlayıb. Siqnalların fərqliliyini araşdırmaq və mənbənin əsas məqsədini ətraflı, dəqiq aydınlaşdırmaq gərəkdir. Onlar ABŞ kosmik casuslarıdır, yoxsa yadplanetli obyektlər?", - deyə mütəxəssislər əlavə ediblər.

Qeyd edilir ki, 2024-cü il may ayının 24-ü astronomlar "Şenlonq"-un yeddinci obyekti də buraxdığının şahidi olublar. Ancaq Çin dövləti adından bildirilib ki, həmin kosmik gəminin missiyası “kosmosdan dinc məqsədlərlə istifadə” üçün “təkrar istifadə edilə bilən texnologiyaların və eləcə də kosmik elmi təcrübələrin sınaqdan keçirilməsidir”.
Bütün bunlara baxmayaraq, hələ də hamı üçün naməlum qalan həmin obyektlərin, yaxud da maşınların iştirakı ilə baş tutan müxtəlif növ manevrlər mütəxəssislərin peyk əleyhinə xüsusi silahların sınaqdan keçirilməsindən şübhələnməsinə səbəb olur.
Amerika Birləşmiş Ştatlarının Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi təqdim etdiyi hesabatda xüsusi olaraq bu qəribə, həmçinin də müəmmalı məsələyə diqqət çəkməklə vurğulayıb ki, Çinin “Şenlonq” təyyarəsinin əvvəlki uçuşu zamanı onun sirli oyun oynadığı obyekt hətta bir neçə ay radarlardan itib, daha sonra qəfildən və anlaşılmaz səbəbdən yenidən peyda olub. Bəzi ekspertlərin fikrincə, bu sirli obyekt əslində kosmik gəminin bəlkə də bir növ kiçik həcmli kosmik aparatları tutma alətidir, yəni bir peyki tuta biləcək və lazım olduqda isə yenidən buraxmaq gücündə olan, sanki müasir robot qoluna bənzəyən bir texnologiya.
Mübahisələr hələ ki, davam edir. Amerika Birləşmiş Ştatları sirlərlə dolu, hətta yadplanetlilərə də məxsus olduğu söylənilən bir neçə naməlum kosmik obyektin Çinin kosmosda keçirdiyi bir neçə sınaq layihələrindən biri olduğunu iddia edir. Çin tərəfi isə israrla araşdırma aparacağını vəd edir. Onlar sadəcə, həqiqəti bilmək istəyirlər. Yeganə sual isə budur: "Şenlonq" - u izləyən amerikalılar olub, yoxsa yadplanetlilər?
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:15
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
Bu gün, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
Bu gün, 12:53
Sabah yağış yağacaq
Bu gün, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
Bu gün, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
Bu gün, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
Dünən, 22:53
Qubada güclü sel körpünü dağıdıb
Dünən, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
Dünən, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
Dünən, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
Dünən, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə
9-09-2025, 12:15
Gəncədən Kəlbəcərə ilk avtobus reysi açılıb
9-09-2025, 12:02
Bakıda evdən oğurluq edən qadın saxlanılıb
9-09-2025, 11:01
Yasda ehsan ləğv edilir? - Açqlama
9-09-2025, 10:22
Gəncə hava limanında qızıl-zinət əşyaları oğurlanıb
9-09-2025, 08:14
Qatilin vəkili üçün pul toplayırlar - Foto
8-09-2025, 18:14
TƏBİB-in elektron sistemində problem yaranıb
8-09-2025, 17:11
Xəzər dənizində brakonyer saxlanılıb - Video
8-09-2025, 17:09
Ali təhsil müəssisələrinə qeydiyyat müddəti uzadılıb
8-09-2025, 16:35
Milli Məclisə yeni qanun layihəsi göndərilib
8-09-2025, 15:39
"Bulvar"ın keçmiş rəhbəri özünü təqsirli saymır - Məhkəmə prosesi
8-09-2025, 14:05
Laçında traktor dərəyə aşıb: bir nəfər ölüb
8-09-2025, 13:59
İcraçı direktor vəzifədən azad olunub
8-09-2025, 12:34
Sabah yağış yağacaq
8-09-2025, 10:02
Britaniyada mağaza binasının altında 317 skelet tapılıb
7-09-2025, 18:05
Şəmkirdə təcili yardım maşını körpüdən aşıb, xəsarət alanlar var
7-09-2025, 12:15
Sabah yağış yağacaq - Proqnoz
5-09-2025, 18:42
Daşkəsənin Alaxançallı kəndində sel fəsadlar törədib
5-09-2025, 17:30
Bəxtiyar Məmmədova Alay komandiri vəzifəsi həvalə olunub
5-09-2025, 17:07
Əli Əsədov qərar imzalayıb