Tovuzda avtomobil çaya düşüb, ölən var
Tarix: 03-06-2024 09:30 | Bölmə: Cəmiyyət
Tovuzda avtomobil çaya düşüb, ölən var

Tovuz rayonunda içində dörd nəfər olan avtomobil çaya düşüb.

Məlumata görə, "VAZ-2107" markalı avtomobilin Kür çayına aşması nəticəsində, 1992-ci il təvəllüdlü Turqud İbrahimov, 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov çaya düşüb. Onlardan T.İbrahimov çaydan çıxa bilib.

Digərlərinin axtarışı davam etdirilir(Report).

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
5-06-2025, 12:34 Sabah yağış yağacaq
4-06-2025, 12:30 Sabah yağış yağacaq
3-06-2025, 15:36 Xankəndiyə dolu düşüb
3-06-2025, 12:59 Sabah yağış yağacaq