Mafiyanın dəhşətli cinayətləri: daha üç nəfərin başını kəsiblər
Tarix: 19-06-2024 10:16 | Bölmə: Cəmiyyət
Mafiyanın dəhşətli cinayətləri: daha üç nəfərin başını kəsiblər

Meksikanın Tabasko əyalətinin Makuspana şəhərindəki uşaq bağçasının qarşısında ikisinin başı kəsilmiş halda üç nəfərin cəsədi tapılıb.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bu cinayətdə Meksikada ən təhlükəli və güclü cinayətkar qrup hesab edilən Jalisco Yeni Nəsil Mafiyası (CJNG) şübhəli bilinir.

Məlumata görə, cəsədlərin üzərində mesaj da olub.

Təhlükəsizlik qüvvələri ilkin araşdırmalara başlayıb.

Yerli media yazır ki, qurbanlar arasında iki kişi və bir qadın var, lakin hələlik onların şəxsiyyəti müəyyən edilməyib.

Xatırladaq ki, bu mafiya şəbəkəsinin lideri olan “El Çapo” 2019-cu ildə həbs edildikdən sonra ABŞ-a ekstradisiya edilib. Bundan sonra CJNG yeni rəhbərlik altında 13 milyard funt sterlinqlik narkotik imperiyasına çevrilib.




Bölməyə aid digər xəbərlər