17 yaşlı şəxsi öldürməkdə şübhəli bilinən iki nəfər tutulub
Tarix: 26-06-2024 15:10 | Bölmə: Cəmiyyət
17 yaşlı şəxsi öldürməkdə şübhəli bilinən iki nəfər tutulub

İyunun 26-da gecə saat 02 radələrində bir nəfərin öldürülməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat daxil olub.

Reyting.az
prokurorluğa istinadla xəbər verir ki, araşdırmalarla paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində 2008-ci il təvəllüdlü Mehman Nəsibov və Əli Vəliyevin (ad və soyad şərti olaraq verilib) aralarında yaranmış mübahisə zamanı birləşib 2007-ci il təvəllüdlü Azər Məmmədova (ad və soyad şərti olaraq verilib) bıçaqla xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Mehman Nəsibov və Əli Vəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.




Bölməyə aid digər xəbərlər