Tərtərdə su kanalından qadın meyiti tapılıb
Tarix: 27-06-2024 10:36 | Bölmə: Cəmiyyət
Tərtərdə su kanalından qadın meyiti tapılıb

Tərtərdə su kanalından qadın meyiti tapılıb.

Məlumata görə, qadının meyiti Tərtər rayonu Səhləbad kəndi ərazisindən keçən beton kanalda aşkar edilib. Meyiti tapılan şəxs 1987-ci il təvəllüdlü Əliyeva Vəsilə Zahid qızıdır.

Qeyd edək ki, şəxs Bərdə rayon sakinidir. O, bir müddət öncə ailə quraraq məcburi köçkünlərin məskunlaşdığı Ağdərə rayonunun Şıxarx qəsəbəsinə köçüb.

Hazırda hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.




Bölməyə aid digər xəbərlər