Azərbaycan Türkmənistanın axtardığı şəxsi ölkəsinə təhvil verib
Tarix: 25-07-2024 18:57 | Bölmə: Cəmiyyət
Azərbaycan Türkmənistanın axtardığı şəxsi ölkəsinə təhvil verib

Azərbaycan ilə Türkmənistan hüquq-mühafizə orqanlarının cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığı uğurla davam etdirilir.

Reyting.az
xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumata görə, saxta pul hazırlamada təqsirləndirilərək 2019-cu ildə beynəlxalq axtarışa verilmiş, Türkmənistan vətəndaşı, 1994-cü il təvəllüdlü Hacımuhammet Bekcanovun verilməsinə dair Türkmənistanın Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

Hacımuhammet Bekcanov 2024-cü ilin mart ayında ölkəmizdə müəyyən edilərək həbs olunub.

“Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkmənistanın səlahiyyətli orqanlarına təhvil verilib.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər