12:34 / 13-05-2025
Sabah yağış yağacaq
Lökbatanda vulkan püskürüb
Tarix: 18-09-2024 11:40 | Bölmə: Cəmiyyət
Lökbatanda vulkan püskürüb

Sentyabrın 17-də yerli vaxtla saat 15:19-da Lökbatanda palçıq vulkanı püskürüb.

Reyting.az
xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, palçıq vulkanının püskürməsinin dərinliyi 3 kilometr olub.

Püskürmə 6 dəqiqə 20 saniyə davam edib. Püskürmənin ikinci fazası yerli vaxtla saat 16:09-da qeydə alnıb. Püskürmənin davamlığı 3 dəqiqə 34 saniyə olub. Püskürmə zamanı ayrılan seysmik enerji Е=0.4×10⁷ C təyin olunub.

Vulkan Xidmət Mərkəzinin doqquz seysmik stansiyası (vulkanətrafı) tərəfindən qeydə alınıb.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:34 Sabah yağış yağacaq
7-05-2025, 12:08 Sabah yağış yağacaq