Baş nazirə məktub yazan 130 əsgər ordudan qovulub
Tarix: 16-10-2024 08:29 | Bölmə: Cəmiyyət
Baş nazirə məktub yazan 130 əsgər ordudan qovulub

İsrail ordusunun rəhbərliyi Qəzza zolağında əsir mübadiləsi razılaşması əldə olunmadığı təqdirdə hərbi xidmətdən imtina edən bir çox əsgəri ordudan uzaqlaşdırıb.

Reyting.az
“Haaretz” nəşrinə istinadla bildirir ki, İsrail ordusunun rəhbər şəxsləri Qəzzada əsir mübadiləsi müqaviləsi tələbi ilə baş nazirə məktub imzalayan, əks halda hərbi xidmətə davam etməyəcəklərini yazan İsrail əsgərləri ilə əlaqə saxlayıb və onları işdən çıxarmaq qərarına gəliblər.

Məktubu imzalayan əsgərlərdən biri deyib ki, İsrail ordusu tərəfindən edilən telefon zəngi təhdid məqsədi daşıyıb. Digər bir əsgəri isə bildirib ki, batalyon komandiri onunla telefonla danışıb, tənqid edib, sonra isə vəzifəsindən uzaqlaşdırıb.

“Haaretz” nəşri xatırladıb ki, keçən həftə 130 İsrail əsgərinin baş nazir Binyamin Netanyahu hökumətinin Qəzzada məhbus mübadiləsi razılaşmasına nail olmaq üçün çalışmadığı təqdirdə orduda xidmət etməyəcəklərini bildirən məktub imzalayıb. Sözügedən məktub Netanyahuya, onun hökumətindəki nazirlərə və Baş Qərargah rəisi Herzi Haleviyə göndərilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər