16:35 / 17-12-2024
Ustadın ömürlük sualı
16:19 / 17-12-2024
Həkimlərin maaşı qalxıb
“Kanal 13”ün rəhbərinə elan olunan ittihamlardan birinə xitam verilib
Tarix: 13-12-2024 14:47 | Bölmə: Cəmiyyət
“Kanal 13”ün rəhbərinə elan olunan ittihamlardan birinə xitam verilib

“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucova elan olunan ittihamlardan biri götürülüb.

Reyting.az-
ın məlumatına görə, vəkil Bəhruz Bayramov APA-ya bildirib ki, ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə elan olunan ittihama xitam verilib.

Qeyd edək ki, Əziz Orucovla bağlı başlanmış cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib və hakim Günel Səmədovanın icraatına verilib.

Ə. Orucov hazırda Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülmüşdü.




Bölməyə aid digər xəbərlər
16-12-2024, 13:02 Sabah yağış yağacaq
12-12-2024, 12:56 Sabah yağış yağacaq

bütün xəbərlər