Təyyarədə həlak olan Balakən sakini torpağa tapşırılıb
Tarix: 27-12-2024 10:37 | Bölmə: Cəmiyyət
Təyyarədə həlak olan Balakən sakini torpağa tapşırılıb

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Balakən rayon sakini, 1998-ci il təvəllüdlü Ramazan Nərman oğlu Filiyevin nəşi ailəsinə təhvil verilib.

Reyting.az
"Report"-a istinadla xəbər verir ki, daha sonra onun nəşi rayonun Şərif kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində R. Filiyevin doğmaları, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R. Filliyev ailəli idi, 10 aylıq oğlu körpəsi var.

Qeyd edək ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15 nəfəri Balakən rayon sakini olub, onlardan 10 nəfəri qəza zamanı həyatını itirib.




Bölməyə aid digər xəbərlər
26-12-2024, 12:56 Sabah yağış yağacaq

bütün xəbərlər