Bəhram Məmmədli Hakimlər İttifaqının İdarə Heyətinə üzv seçilib
Tarix: 28-02-2025 13:00 | Bölmə: Cəmiyyət
Bəhram Məmmədli Hakimlər İttifaqının İdarə Heyətinə üzv seçilib

Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi Bəhram Məmmədli Hakimlər İttifaqının İdarə Heyətinə üzv seçilib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Hakimlər İttifaqının sədr müvaini Sənan Hacıyev deyib.

O, Bəhram Məmmədlinin quruma namizədliyini irəli sürüb və bu da digər hakimlər tərəfindən dəstəklənib.

Qeyd edək ki, Abiddin Hüseynov ədliyyə nazirinin müavini təyin olunduğundan Hakimlər İttifaqının İdarə Heyətindən çıxarılmışdı. Bu səbəbdən onun yeri boş qalmışdı.




Bölməyə aid digər xəbərlər
28-03-2025, 12:02 Sabah yağış yağacaq
23-03-2025, 12:40 Sabah yağış yağacaq