Bank kartlarından oğurluq halları ilə bağlı daha bir xəbərdarlıq yayılıb
Tarix: 11-04-2025 09:49 | Bölmə: Cəmiyyət
Bank kartlarından oğurluq halları ilə bağlı daha bir xəbərdarlıq yayılıb

Vətəndaşların bank kartlarından 24864 manat kiber üsulla oğurlanıb.

Reyting.az
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir: "Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 10-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 15 650, 2 000 , 1 400, 1 020, 1 000, 999, 995, 680, 470, 400, 150, 100 manat pul vəsaitləri bank kartlarından oğurlanıb".

Nazirlik bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir: "Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".




Bölməyə aid digər xəbərlər