15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Taksi sürücüləri imtahan verib
Tarix: 17-04-2025 17:50 | Bölmə: Cəmiyyət
Taksi sürücüləri imtahan verib

Bu gün taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün növbəti test imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzindən Report-a bildirilib ki, imtahanında iştirak etmək üçün 1 470 namizəd qeydiyyatdan keçib. Onlardan 1 407 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1 210 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi imtahanında 44 namizəd iştirak edib və 34 nəfər müvəffəqiyyət qazanıb.

Avtomobil ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi imtahanında isə 33 namizəd iştirak edib və 24 nəfər müvəffəqiyyət qazanıb.




Bölməyə aid digər xəbərlər
16-04-2025, 13:01 Sabah yağış yağacaq