Mlli Mətbuatın 150 illiyi ilə bağlı yubiley pul nişanı buraxılacaq? - Açıqlama
Tarix: 14-07-2025 11:28 | Bölmə: Cəmiyyət
Mlli Mətbuatın 150 illiyi ilə bağlı yubiley pul nişanı buraxılacaq? - Açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) Milli Mətbuatın 150 illiyi münasibəti ilə yubiley pul nişanının buraxılmasını planlaşdırmır.

AMB xatırladıb ki, Milli Mətbuatın 135 illiyi ilə bağlı 2010-cu ildə tədavülə buraxılmış gümüş yubiley pul nişanları hazırda satışdadır. Onları əldə etmək üçün AMB-nin Elektron Xidmətlər portalındakı “Yubiley və xatirə pul nişanlarının onlayn satışı sistemi” vasitəsilə, eləcə də birbaşa qurumun kassalarına müracət etmək olar(Report).

Xatırladaq ki, Milli Mətbuatın 135 illiyi (1875 – 2010-cu illər) ilə bağlı yubiley pul nişanlarını Avstriyanın “Austrian Mint” şirkəti istehsal edib. Nişanların üz tərəfində Azərbaycan dilində ilk milli qəzet-"Əkinçi"nin baş redaktoru tanınmış ziyalı, görkəmli alim və publisist Həsən bəy Zərdabinin portreti, arxa tərəfində isə Azərbaycanın xəritəsinin stilistik (qrafik) görünüşü təsvir edilib.

Portretin ətrafında görkəmli publisistin adı və həyat dövrü, xəritənin ətrafında “2010”-cu il, “Azərbaycan Respublikası” sözləri və yubiley pul nişanının nominalı göstərilib.

Yubiley pul nişanı Azərbaycanda nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər