Cəlilabadda oğul atasını döyüb öldürdü
Tarix: 01-04-2019 12:51 | Bölmə: Cəmiyyət
Cəlilabadda oğul atasını döyüb öldürdü

Cəlilabad rayonunda oğul atasını döyərək qətlə yetirib.

Reyting.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə martın 30-da saat 2 radələrində rayonun Göytəpə şəhərində baş verib.

Əvvəllər məhkum olunan O.Dadaşov yaşadığı evdə münaqişə zəminində atası Feyzulla Dadaşovu döyərək qətlə yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində O.Dadaşov saxlanılıb.

Ondan narkotik vasitə olan heroin götürülüb.

Reyting.az




Bölməyə aid digər xəbərlər