11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Ramil Usubov 149 nəfəri işə götürdü
Tarix: 13-05-2019 16:28 | Bölmə: Cəmiyyət
Ramil Usubov 149 nəfəri işə götürdü

Mayın 13-də Daxili İşlər naziri R.Usubov DİN-in Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən hərbi hissəsində yuxarıda adları çəkilən şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Reyting.az
DİN-ə istinadən xəbər verir ki, sıra baxışında həmin bölgələrdə yaşayan, Post-Patrul Xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək istəyən ümumilikdə 317 şəxs iştirak edib.

Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, iddiaçıların arasından daha hazırlıqlı olan 149 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün müvafiq tapşırıqlar verilib.

Nazir R.Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək şərəfli polis adını uca tutmalarını, ölkəmizdə hökm sürən dayanıqlı sabitliyin və əmin-amanlığın, o cümlədən vətəndaşların qanunla qorunan hüquqlarının keşiyində hər zaman ayıq-sayıq durmalarını, onların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını, göstərilən etimadı doğrultmalarını, öz üzərlərində səylə çalışmalarını tövsiyə edib, gələcək xidməti fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Vətəndaşların nəzərinə bir daha çatdırırıq ki, ərazi polis orqanlarında vakant olan Post-Patrul Xidməti vəzifələrində xidmətə qəbulla bağlı növbəti belə tədbir cari il may ayının 18-də DİN-in Daxili Qoşunlarının Qəbələ rayonunda yerləşən hərbi hissəsində keçiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}