Valideyn müəllimlərdən polisə şikayət etdi: "Oğlumdan pul istəyirlər"
Tarix: 18-06-2019 16:39 | Bölmə: Cəmiyyət
Valideyn müəllimlərdən polisə şikayət etdi: "Oğlumdan pul istəyirlər"

Bakıda valideyn məktəbdə övladından pul istənilməsinə görə hüquq-mühafizə orqanlarına müraciət edib.

Bakı sakini olan qadın Xətai rayonu üzrə hüquq-mühafizə orqanlarına ünvanladığı ərizədə bildirib ki, iyunun 6-da 9-cu sinifdə oxuyan oğlundan təhsil aldığı 171 saylı məktəbin müəllimləri tərəfindən pul istənilib.

O, oğlu pul vermədiyinə görə övladının psixoloji təzyiqlərə məruz qaldığını, eləcə də özünün təhqir olunduğunu bildirib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır/Report.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq

bütün xəbərlər