Azərbaycanda vəkillərə ödənişlər nağdsız formada həyata keçiriləcək - Qaydalar təsdiqləndi
Tarix: 29-06-2019 14:08 | Bölmə: Cəmiyyət
Azərbaycanda vəkillərə ödənişlər nağdsız formada həyata keçiriləcək

Azərbaycanda “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilməli olan xidmət haqqının nağdsız formada ödənilməsi barədə” Qaydalar təsdiq edilib.

Vəkillər Kollegiyasından Reyting.az-a verilən məlumata görə, bununla bağlı qərar qurumun Rəyasət Heyətinin iclasında qəbul edilib.

Nağdsız hesablaşmaların cari il oktyabrın 1-dən etibarən tətbiq edilməsi qərara alınıb.

İclasda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən digər məsələlərə də baxılıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq