13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
12:16 / 18-09-2025
Dronlar Rusiyaya zərbələr endirib
12:08 / 18-09-2025
Əli Əsədov Qırğızıstana gedib
12:08 / 18-09-2025
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
11:56 / 18-09-2025
Milli Məclisdə dinləmə keçiriləcək
11:55 / 18-09-2025
Trampın əlində bitkoin tutan qızıl heykəli ucaldılıb
11:50 / 18-09-2025
Deputatdan narazılıq: "Bizi o Foruma niyə dəvət etmədilər?"
11:44 / 18-09-2025
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
11:35 / 18-09-2025
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
11:20 / 18-09-2025
Makron həyat yoldaşının qadın olduğunu sübut etməyə çalışacaq
11:16 / 18-09-2025
Ermənilərin məhkəməsi gələn həftə keçiriləcək
11:09 / 18-09-2025
"Vahid Mədəniyyət Reyestri" sistemi yaradılacaq
10:57 / 18-09-2025
Yaponiya 100 illik rekorda imza atıb
10:57 / 18-09-2025
Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzub - 300 minlik əmlakı qaytaracaq
10:53 / 18-09-2025
Rusiyada azərbaycanlı iş adamını həbs etmək istəyirlər
10:52 / 18-09-2025
Trampın xanımı ukraynalı uşaqlardan xüsusi hədiyyə alacaq
10:42 / 18-09-2025
Ukrayna dəmir yollarına yenidən zərbələr endirilib
10:35 / 18-09-2025
Slovakiya və Macarıstan Rusiyadan enerji idxalını azaltmayacaq
10:27 / 18-09-2025
Türkiyəli nazir: "Zəngəzur dəhlizinin açılması ilə tranzit ticarəti artacaq"
10:17 / 18-09-2025
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
09:22 / 18-09-2025
Azərbaycanda Milli Musiqi Günü qeyd olunur
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

16:41 / 13-09-2025

Məktəb pis vərdişlərə qarşı...
Tarix: 05-07-2019 08:26 | Bölmə: Cəmiyyət

Son zamanlar sosial şəbəkələrdə və internet informasiya resurslarında narkotik vasitələrin məktəblərin yaxınlığında satışı ilə bağlı qeyri-dəqiq informasiyalar yayılır. Əslində bu kimi informasiyalar yeni deyil və müxtəlif zamanlarda ictimaiyyətə ötürülür. Sevindirici hal ondan ibarətdir ki, bu barədə rəsmi təsdiq olunmuş fakt yoxdur. Yox əgər varsa, bu ictimailəşdirilmirsə deməli, faciəni gizlədə-gizlədə böyüdür, onun əhatə dairəsini genişləndiririk.
Bu gün Təhsil Nazirliyi bir çox paytaxt məktəblərində “Məktəblinin dostu” adlı uğurlu bir layihə həyata keçirir. Bu gənclər məktəb həyatının bütün komponentlərində şagird və müəllimlərə dəstək olur. Onlar həm məktəb daxilində, həm də ətrafında şagirdlərlə bağlı baş verən prosesləri izləyə bilirlər.
“Məktəblinin dostu” ilkin mərhələdə namizədlərin biliklərini test şəklində yoxlayır, seçilən namizədlər müsahibə mərhələsinə buraxılırlar. Seçimlərdə ictimai fəaliyyətdə aktiv iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə yiyələnən namizədlərə üstünlük verilir. Müsahibədən uğurla keçən namizədlər təlimə cəlb olunurlar. Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən, seçilmiş namizədlər “Məktəblinin dostu” təyin edilirlər.
“Məktəblinin dostu”nun əsas vəzifələri müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılmasıdır. Bununla yanaşı, “Məktəblinin dostu” hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin olunması, onlarda özünütərbiyə və özünü inkişaf bacarığının formalaşdırılmasında iştirak edir.
Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçirilir. Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Əslində bu uğurlu layihə ilə biz həm də şagirdlərin pis vərdişlərinin qarşısını ala bilərik.
Eyni zamanda ən azı bəzi dərslərdə müəllimlər narkotik maddələrin zərərli və faciəvi təsirləri barədə şagirdləri məlumatlandırmalıdırlar. Qeyd etməlidirlər ki, bu bir xəstəlikdir və müntəzəm surətdə orqanizmə yeridilməsi insanda fiziki və psixi funksiyaların pozulmasına gətirib çıxarır. Çünki narkotiklərin qəbulu orqanizmin bütün üzvlərini zədələyir və onun dağılmasına səbəb olur. Gənclər çox vaxt təcrübəsiz olduqlarına görə alkoqolizmə və narkomaniyaya düçar olurlar. Bu bəlaların məhvedici nəticələrinin gənclərə vaxtında başa salınması, onların mənəvi cəhətdən düzgün tərbiyəsi belə neqativ halların aradan qaldırılmasına nə qədər böyük kömək göstərə bilərdi.
“Məktəblinin dostu” da bu sahədə maarifləndirmədə aktiv iştirak etməlidir. Yuxarıda qeyd etdiyimiz kimi onlar kifayət qədər intellektual və seçilmiş gənclərdir. Onlar bu prosesdə fəal iştirak etməli, maarifləndirmə işlərinə kömək göstərməlidir. Yeniyetmələri mənəvi cəhətdən yoxsullaşmağa qoymamaq, onları cəmiyyət üçün layiqli şəxsiyyətlər kimi yetişdirmək hər bir təhsil iştirakçısının qarşısında duran ən ümdə vəzifələrdən biri olmalıdır. Bilməli və yeniyetmələri başa salmalıdırlar ki, narkoman cəmiyyət üçün qiymətini itirmiş bir varlıqdır. Şagirdləri başa salmalıdırlar ki, narkomaniya ürək-damar sistemində, qaraciyərdə geri dönməyən proseslər törədir. Narkomaniyaya tutulmuş orqanizm tədricən dağılır, bu nəhayət ölümlə nəticələnir. Düşünmək lazımdır ki, gələcək bu gündən sağlam nəsil gözləyir.
Narkomaniya xəstəliyinə yoluxanlara diqqət və mərhəməti bir an belə əsirgəməməli, onların dözülməz ağrı və iztirablarına biganə qalmamalı, sarsıntılarını aradan qaldırmalı, onları sağlam həyata qaytarmaq üçün əlimizdən gələni etməliyik. Bu məqsədlə yeni müalicə üsulları aranmalı, tibbi axtarışlar davam etdirilməli, mövcud mübarizə vasitələrindən geniş istifadə olunmalıdır. Məktəbliləri bu pis vərdişlərdən uzaqlaşdırmaq üçün onların arasında məsələn, bu mövzuda inşa müsabiqəsinin keçirilməsi yaxşı nəticələr verə bilər. Mövzunu işləyərkən uşaqlar müvafiq ədəbiyyatı oxuyub, internetdən lazımi informasiyanı almış olacaqlar. Bu da istər-istəməz onlara narkomaniya və alkoqolizmin pis vərdişləri ilə bağlı məlumatlanmasına səbəb olacaq.
Məktəblərdə valideynlərlə görüşün təşkil edilməsi də bu sahədə böyük irəliləyişlərə səbəb olar. Valideynlər uşaqların və onların fiziki əqli inkişafının qayğısına qalmağa və onları vətənin layiqli vətəndaşı kimi böyütməyə borcludurlar. Valideynlər öz hüquq və vəzifələrini uşaqlarına aşılamalı və onları düzgün istiqamətləndirməlidirlər.
Məktəblilərlə bu mövzuda müzakirələrin keçirilməsi də müsbət nəticələr verə bilər. Uşaqlarla bu barədə söhbətin aparılması onların bu sahədə maariflənməsinə kömək edə bilər. Uşaqlarla bu mövzuda danışarkən slaydlardan istifadə olunması, narkomaniyanın fəsadlarının daha yaxşı başa düşmələrinə yardımçı olar. Bu məqsədlə müvafiq slaydları da onlara təqdim etmək olar. Çünki bu, uşaqların marağını daha tez cəlb edəcək bir vasitədir.
Narkomaniya ilə bərabər məktəblilərə alkoqolizm və tütün məhsullarının da insan orqanizminə vurduğu ziyanlardan danışmaq lazımdır. Bu istiqamətdə mövcud olan ədəbiyyatlardan, bukletlərdən də istifadə oluna bilər.
Narkomaniyaya qarşı mübarizəyə dair ədəbiyyatın mövzusu oxucuların yaş, bilik səviyyəsi, dünyagörüşünə bu və ya digər kitabın məzmununu müstəqil surətdə başa düşmək, onu təhlil etmək və müəyyən əməli nəticələr çıxara bilmək bacarıqlarına uyğun olmalıdır. Məhz buna görə də oxucular üçün keçirilən kitab müzakirələri və oxucu konfranslarının daha canlı və maraqlı olmasına çalışmaq lazımdır. Düzgün tərbiyə, yaşlıların yaxşı nümunəsi yeniyetməni güclü, mənəvi cəhətdən möhkəm, xeyirxah edir. Tərbiyəsizlik, yaxud pis tərbiyə yetkinlik yaşına çatmayanlarda mənfi hislərin yaranmasına səbəb olar. Gənclərin mənəvi-əxlaq tərbiyəsi, onlar arasında cinayətkarlığın, narkomaniyanın və digər mənfi meyllərin azaldılması və aradan qaldırılması vəzifəsi hər bir təhsil-tərbiyə müəssisəsi, bu sahədə çalışan hər bir işçinin qarşısında duran məsul vəzifədir.
Təkcə paytaxt Bakıda deyil, bu kimi tədbirlərin Azərbaycanın bütün bölgələrində təşkil olunması yalnız ölkə gəncliyinin qorunmasına, onun sağlam böyüməsinə xidmət edəcək.
L. HÜSEYN
Bu yazı “Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən şəxslərin sağlam həyat tərzinə qaytarılması üçün təbliğat və maarifləndirmə işinin təşkili” layihə çərçivəsində çap olunur.
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:09
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
Bu gün, 12:47
Sabah yağış yağacaq
Bu gün, 12:24
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
Dünən, 16:02
Bakı metrosunda iş rejimi uzadılıb
Dünən, 15:30
Yağışlı hava sentyabrın 21-dək davam edəcək
Dünən, 13:44
"Azərpoçt"un adından saxta mesajlar yayılır
Dünən, 12:47
Sabah bəzi rayonlara leysan yağacaq - Proqnoz
Dünən, 12:18
Daşkəsən sakini 12 kq narkotiklə tutulub
16-09-2025, 21:03
Sumqayıtda yaşayış binasında yanğın olub
16-09-2025, 17:08
Sabah leysan yağacaq - Xəbərdarlıq
16-09-2025, 16:35
Zaqatala sakini bağında döyülüb
16-09-2025, 13:27
Sabah yağış yağacaq
16-09-2025, 12:39
“Qərbi Azərbaycanın Səsi”nin əhəmiyyəti hiss olunur
16-09-2025, 12:05
Məleykə Abbaszadə: "İmtahanlarda ən aşağı nəticə coğrafiya və kimya fənləri üzrədir"
16-09-2025, 10:05
Vəkillər Kollegiyasının orqan və qurumlarının sayı artırılır
16-09-2025, 09:49
Biləsuvar sakini 6 kq narkotiklə saxlanılıb
16-09-2025, 09:40
Feldşer Müdafiə Nazirliyini məhkəməyə verib
16-09-2025, 08:06
Dini liderlər Astanada toplaşıb
15-09-2025, 16:52
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
15-09-2025, 16:39
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verib
15-09-2025, 15:00
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
15-09-2025, 13:13
Masazırda 57 yaşlı kişini "tok" vurub
15-09-2025, 12:58
Sabah yağış yağacaq - Proqnoz
15-09-2025, 10:28
Sabirabadda 42 yaşlı şəxs qətlə yetirilib
15-09-2025, 09:14
Məşhur media şirkəti "Google"-ni məhkəməyə verib
15-09-2025, 08:13
Çində uçan naməlum obyekt vurulub?
14-09-2025, 13:22
Sabah yağış yağacaq
13-09-2025, 15:48
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
12-09-2025, 18:29
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
12-09-2025, 17:23
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
12-09-2025, 16:15
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
12-09-2025, 14:35
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
12-09-2025, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
12-09-2025, 12:53
Sabah yağış yağacaq
12-09-2025, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
12-09-2025, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
12-09-2025, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
12-09-2025, 00:55
Çimərlikdə qadınları videoya çəkən şəxs həbs edilib - Foto
11-09-2025, 22:53
Qubada güclü sel körpünü dağıdıb
11-09-2025, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
11-09-2025, 17:06
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
11-09-2025, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
11-09-2025, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
11-09-2025, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib