18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
DİN, DTX və Dini Komitə birgə reyd keçirdi - Qaraçuxur qəsəbəsi məscidi ətrafında
Tarix: 05-07-2019 17:33 | Bölmə: Cəmiyyət
DİN, DTX və Dini Komitə birgə reyd keçirdi - Qaraçuxur qəsəbəsi məscidi ətrafında

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə birgə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi məscidi ətrafında reyd keçirib.

Dövlət Komitəsindən Reyting.az-a verilən məlumat görə, reyd zamanı vətəndaş Kamran Hüseynzadə tərəfindən küçə ticarəti formatında dini təyinatlı ədəbiyyatın qeyri-qanuni satışı faktı aşkarlanıb.

İlkin baxış və araşdırma zamanı müvafiq icazəsi olmadan satılan, dini radikalizm və ekstremizmin təbliğində şübhəli bilinən 180 dini ədəbiyyat ekspertiza üçün götürülüb. Fakt üzrə müvafiq araşdırma tədbirləri davam etdirilir.

Qeyd edək ki, monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqələrin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər