Azərbaycana qaçmaq istəyən kriminal avtoritet saxlanılıb
Tarix: 05-07-2019 18:19 | Bölmə: Cəmiyyət
Azərbaycana qaçmaq istəyən kriminal avtoritet saxlanılıb

Gürcüstanda azərbaycanlıların daxil olduğu 10 kriminal avtoritet saxlanılıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis departamentinin rəhbəri Mamuka Çelidze keçirdiyi brifinqində məlumat verib. O, bildirib ki, saxlanılan şəxslərdən biri Qırmızı Körpü sərhəd keçid məntəqəsindən Azərbaycana daxil olmaq istəyərkən həbs edilib.

Saxlanılanların “qanuni oğru”larla əlaqələrinin olduğu, azərbaycanlıların kompakt yaşadığı Marneuli və Dmanisi, həmçinin Batumi, Mestia, Rustavi və Tbilisidə hədə-qorxu və şantajla vətəndaşların pullarını mənimsədikləri bildirilir. Onlardan dördü kriminal aləmlə əlaqəsi olduğunu etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb.(APA)




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:30 Sabah yağış yağacaq
23-07-2024, 12:27 Sabah yağış yağacaq

{sape_links}{sape_article}