Bakıda itkin düşən Rusiya vətəndaşı Moskvada tapılıb
Tarix: 06-07-2019 11:12 | Bölmə: Cəmiyyət
Bakıda itkin düşən Rusiya vətəndaşı Moskvada tapılıb

Bakıda itkin düşdüyü deyilən Rusiya vətəndaşı tapılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, Rusiya vətəndaşı, 1994-cü il təvəllüdlü Hüseynov Məhəmməd Əlövsət oğlu iyulun 3-də Heydər Əliyev adına Hava Limanından Moskva şəhərinə yola düşüb.

Xatırladaq ki, Xətai rayonu, UPD qəsəbəsi, A. Novruzov küçəsi, ev 15-də yaşayan Hikmət Əsədzadə polisə məlumat verərək bildirmişdi ki, onlara qonaq gəlmiş xalası oğlu, Rusiya vətəndaşı, 1994-cü il təvəllüdlü Hüseynov Məhəmməd Əlövsət oğlu iyulun 3-də onunla birlikdə yaşadığı ünvandan çıxaraq itkin düşüb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər