17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Müəllim olmaq istəyən 33 nəfərin imtahan nəticəsi ləğv olunub
Tarix: 25-07-2019 13:06 | Bölmə: Cəmiyyət
Müəllim olmaq istəyən 33 nəfərin imtahan nəticəsi ləğv olunub

Bu il müəllimlərin işə qəbulu imtahanlarında 33 namizədin imtahan nəticəsi qaydaları pozduqlarına görə ləğv edilib.

Reyting.az
xəbər verir ki, bunu Təhsil Nazirliyinin rəsmisi Murad Camalzadə deyib.

O bildirib ki, ən çox rast gəlinən qayda pozuntuları köçürməyə cəhd etmə, yanındakı namizəd ilə danışmadır: "Eyni zamanda başqasının şəxsiyyət vəsiqəsi ilə imtahana daxil olmağa cəhd də olub və bunun qarşısı alınıb. Bəzi hallarda namizədlər tərəfindən imtahana telefon ilə deyil, hətta rabitə qurğusu ilə gəlmək cəhdləri olub. Bütün sadalanan hallara yol verdiyinə görə 33 nəfərin imtahan nəticəsi ləğv edilib".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}