13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Peşə məktəblərində boş qalan yerlərə qəbul başlayıb
Tarix: 28-08-2019 15:06 | Bölmə: Cəmiyyət
Peşə məktəblərində boş qalan yerlərə qəbul başlayıb

Avqustun 28-də peşə təhsili müəssisələrinin boş qalan yerlərinə sənəd qəbulu başlayıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə təşkil olunur. İkinci turla bağlı sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilir.

Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.

Sənəd qəbulu prosesi sentyabrın 5-dək davam edəcək. Nəticələrin sentyabrın 6-da elan olunması nəzərdə tutulur.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:04 Sabah yağış yağacaq