Bakının mərkəzində yanğın: 4 nəfər tüstüdən zəhərlənib
Tarix: 04-09-2019 00:06 | Bölmə: Cəmiyyət
Bakının mərkəzində yanğın: 4 nəfər tüstüdən zəhərlənib

Bakının Səbail rayonunda yanğın hadisəsi baş verib.

Nizami küçəsində mənzildə qəfildən alovlanma qeydə alınıb. Daha sonra yanğın genişlənib.

Hadisə yerinə FHN-in Səbail rayonu üzrə Yanğından Mühafizə Xidmətinin 4 texnikası və canlı qüvvəsi, 2 təcili tibbi yardım briqadası cəlb edilib.

İlkin məlumata görə, ikisi azyaşlı olmaqla, ümumilikdə 4 nəfər yanğın zamanı tüstüdən zəhərlənib.

Yanğın söndürülüb, alovun digər mənzillərə keçməsinin qarşısı alınıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
15-01-2025, 14:23 Sabah yağış yağacaq