16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı ekspertlərin görüşü başlayıb
Tarix: 23-09-2019 12:19 | Bölmə: Cəmiyyət
Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı ekspertlərin görüşü başlayıb

Bu gün Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə ekspert komissiyasının ikinci görüşü başlayıb.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş çərçivəsində hər iki ölkənin komissiyalarını təmsil edən ekspertlər Gürcüstan-Azərbaycan dövlət sərhədinin razılaşdırılmamış sahələrinə baxış keçirəcəklər və geodezik tədqiqat işləri aparacaqlar.

Ekspertlərin sahələr üzə işi sentyabrın 27-nə planlaşdırılıb. Daha sonra mütəxəssislərin işi baxılması üçün delimitasiya və demarkasiya komissiyasının növbəti iclasına təqdim olunacaq. Komissiyanın növbəti görüşü Tbilisidə yaxın zamanlarda keçiriləcək. Toplantının dəqiq keçirilmə tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}