18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Əlilliyi olan şəxslərin Mərkəzləşdirilmiş Elektron İnformasiya Bazası yaradılır
Tarix: 23-09-2019 15:28 | Bölmə: Cəmiyyət
Əlilliyi olan şəxslərin Mərkəzləşdirilmiş Elektron İnformasiya Bazası yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində əlilliyi olan şəxslərin Elektron İnformasiya Bazası yaradılır.

Nazirlikdən Reyting.az- verilən məlumata görə, informasiya bazasına əlilliyi olan şəxslər barədə zəruri məlumatlar daxil ediləcək.

Qeyd edək ki, 2015-ci ilin dekabr ayından etibarən ölkədə əlilliyin qiymətləndirilməsi prosesi elektronlaşdırılıb. Həmin dövrə qədər müddətsiz əlillik təyinatı aparılmış əlilliyi olan şəxslər barədə elektron sistemdə məlumatlar mövcud olmadığından, yeni informasiya bazasına qeyd olunan dövrə qədər müddətsiz əlillik təyinatı aparılmış 170 minədək şəxs barədə məlumatlar daxil ediləcək. Bazada müddətsiz əlillik dərəcəsi olan şəxslərlə yanaşı, müddətli əlillik təyinatı aparılmış vətəndaşların da məlumatları toplanacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər