Şəhid əsgərimizin meyiti neytral ərazidən çıxarılıb - Foto
Tarix: 24-09-2019 09:49 | Bölmə: Cəmiyyət
Şəhid əsgərimizin meyiti neytral ərazidən çıxarılıb

Sentyabrın 22-də düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan Azərbaycan Ordusunun əsgəri Ramin Şövkət oğlu Abdulrəhmanovun meyiti təmas xəttindən çıxarılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyindən bildiriblər ki, sentyabrın 23-də Beynəlxalq Qızıl Xaç Komitəsi tərəflərin müraciəti və razılaşması ilə neytral vasitəçi olaraq həlak olan şəxsin nəşini təmas xətti ərazisindən çıxarılması əməliyyatında iştirak edib.

Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Ramin Şövkət oğlu Abdulrəhmanov yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.(Report)

Şəhid əsgərimizin meyiti neytral ərazidən çıxarılıb

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}