18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Keçmiş icra başçısının cəzası azaldıldı
Tarix: 25-09-2019 15:08 | Bölmə: Cəmiyyət
Keçmiş icra başçısının cəzası azaldıldı

Ali Məhkəmədə AXCP üzvləri Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirovun kassasiya şikayətinə baxılıb.

Hakim Əli Seyfəliyevin sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, Saleh Rüstəmovun ittiham olunduğu 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi 234.1-ci maddəyə tövsif olunub və onun cəzası 2 ay azaldılıb. Hökm digər hissələrdə dəyişdirilmədən saxlanılıb.

Bu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmovu 7 il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovu 3 il həbsə məhkum edib.

Məhkəmə AXCP Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovu və Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmlini şərti azadlığa buraxıb.

Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Adıçəkilən şəxslər külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq və mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma maddələri ilə təqsirli biliniblər/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər