17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
"Azərbaycanın su ehtiyatları azalır və bu, davam edəcək" - Nazirlik rəsmisi "SOS" verdi
Tarix: 25-09-2019 16:49 | Bölmə: Cəmiyyət
"Azərbaycanın su ehtiyatları azalır və bu, davam edəcək" - Nazirlik rəsmisi "SOS" verdi

Azərbaycan su ilə nisbətən az təchiz olunmuş ölkələrdəndir. Bizim su ehtiyatlarımız regiondakı su ehtiyatının 15 faizini təşkil edir.

Reyting.az bildirir ki, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi nəticəsində su ehtiyatları azalır və bu tendensiya davam edəcək:

“Ölkədə il ərzində su mənbələrindən təxminən 12 milyard m3 su götürülür ki, bunun da böyük bir hissəsi nəql zamanı itir. Əsas su itkiləri torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir.

Beynəlxalq praktikada suyun mənbədən bölüşdürülməsi, istifadəsi, təmizlənməsi, təkrar istifadəsi və ətraf mühitə qaytarılması kimi bütöv su dövriyyəsini özündə əks etdirən qabaqcıl yanaşmalar mövcuddur”.

R.Səttarzadə qeyd edib ki, gələcəkdə su qıtlığı problemi ilə üzləşməmək üçün su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}