18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Güclü təsiredici maddənin ölkəyə gətirilməsinin qarşısı alınıb
Tarix: 25-09-2019 17:40 | Bölmə: Cəmiyyət
Güclü təsiredici maddənin ölkəyə gətirilməsinin qarşısı alınıb

Beynəlxalq poçt göndərişləri vasitəsilə tərkibində güclü təsiredici maddə olan dərman preparatının gömrük nәzarәtindәn gizlәdilmiş şәkildә ölkә әrazisinә gәtirilmәsinin qarşısı alınıb.

Reyting.az
Dövlət Gömrük Komitəsinə istinadla bildirir ki, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt Göndərişləri gömrük postunda Bakı şəhər sakini Həsən Səmədovun adına Honq Konqdan daxil olan poçt bağlamasına baxış zamanı, həmin bağlamada içərisində toz halında maddə olan və üzərində "ArchCafe Cappuccino Dua (Coconut Cappuccino)" sözləri yazılmış 1 ədəd kağız paket aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən paketin içərisində təmiz çəkisi 17,715 qram olan ağ rəngli toz şəkilli maddənin tərkibini stanolon (androstanolon) adlı dərman preparatı təşkil edir. Bu dərman preparatı "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir və aşkar edilən kütlədə təsiredici maddənin ümumi miqdarı 7,11 qramdır.

Beləliklə, gömrükçülər tərkibi stanolon (androstanolon) adlı dərman preparatından ibarət olan maddənin gömrük nәzarәtindәn gizlәdilmiş şәkildә, yəni həmin maddəyə digər mal görüntüsü verilməklə, paketdə qablaşdırılmaqla keçirilməsinin qarşısını alıblar.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər