18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmurun məhkəməsi başlayır - Yenilənib
Tarix: 26-09-2019 10:16 | Bölmə: Cəmiyyət
Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmurun məhkəməsi başlayır

Bu gün Abşeron Rayon Məhkəməsində AXCP-nin sabiq sədr müavini Fuad Qəhrəmanlının həyat yoldaşı, yazıçı-publisist Zümrüd Yağmurla boşanma məsələsinə baxılacaq.

Məhkəmə iclasının saat 10:20-də keçiriləcəyi bildirilir.

Qeyd edək ki, Z. Yağmur bir neçə ay əvvəl boşanma tələbi ilə məhkəməyə müraciət edib.

***

Abşeron Rayon Məhkəməsində Zümrüd Yağmurun (Zümrüd Abıyeva) boşanma ərizəsi əsasında həyat yoldaşı, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı məhkəmə prosesi təxirə salınıb.

Reyting.az “Report”-a istinadla xəbər verir ki, Zümrüd Yağmuru məhkəmədə vəkili təmsil edib. Fuad Qəhrəmanlı və vəkili isə məhkəməyə gəlməyib.

Növbəti məhkəmə iclasının nə zaman keçiriləcəyi hələ məlum deyil.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər