Zakir Həsənov hərbçilərin siyahıya alınmasına tapşırıq verdi
Tarix: 02-10-2019 11:40 | Bölmə: Cəmiyyət
Zakir Həsənov hərbçilərin siyahıya alınmasına tapşırıq verdi

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının tələblərinin icrası ilə bağlı oktyabr ayının 1-dən 10-dək ölkə ərazisində əhalinin növbəti siyahıyaalınması prosesi başlayıb.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla bildirir ki, bu prosesin icrası ilə əlaqədar Azərbaycan Ordusunda olan qapalı hərbi şəhərciklərdəki əhalinin siyahıya alınmasının operativ və vaxtında aparılması istiqamətində Müdafiə naziri tərəfindən vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyulub və qısa müddət ərzində hazırlıq işləri başa çatdırılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}